- Baxış sayı: 22
- 20 Mart 2025 12:55
- Baxış sayı: 124
- Mart 19, 2025
- 0
“Qarabağ” nəinki Azərbaycan idmanının, bütövlükdə ölkəmizin fəxridir. Çünki 30 ildir yaralı olan regionumuzu təmsil edir və dünyada tanıdır”. Allsport.az saytı xəbər verir ki, bunu apasport.az-a milli idman brendi “İl’Azero”nun rəhbəri İlqar İmamquliyev deyib. O, “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun Feysbuk səhifəsi vasitəsilə paylaşımından sonra yaranan spekulyasiyaya münasibət bildirib.
Azərbaycan çempionunun geyim tərəfdaşı olan “Adidas” şirkətinin ermənilərdən dolayı əməkdaşlığa son qoyması ilə bağlı təzyiqlərinə reaksiya göstərən menecer deyib ki, onlar Ağdam klubunu təmənnasız forma ilə təmin etməyə hazırdırlar:
“Ermənilərin dünyaca məşhur brendlərə üz tutub “Qarabağ”la əməkdaşlığı kəsmək istəməsi spekulyasiyadan başqa bir şey deyil. Bu cür peşəkar brendlər belə spekulyasiyalara heç vaxt uymaz. İstənilən halda, “Qarabağ” heç vaxt gözəl idman geyimsiz qalmayacaq.
Biz Azərbaycanın ilk idman geyim brendi olaraq, “Qarabağ” klubunun aşağı yaş qruplarından tutmuş əsas komandasına qədər tam təmənnasız ən yüksək keyfiyyətdə və ən gözəl dizaynda tərtib olunmuş geyimlərlə təmin etməyə hazırıq. Bu bizim mənəvi borcumuzdur”.