İlham Əliyev beynəlxalq cüdo federasiyasının prezidentini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev iyulun 19-da beynəlxalq cüdo federasiyasının prezidenti Marius Vizeri qəbul edib. Allsport.az saytı xəbər verir ki, o, qonağı ölkəmizdə salamlamaqdan məmnunluğunu bildirib, qurumun Azərbaycanda cüdo idman növünün inkişafına verdiyi dəstəyi vurğulayıb.

Prezident İlham Əliyev cüdoçularımızın əldə etdikləri son nailiyyətlərdən danışıb, onların beynəlxalq turnirlərdə daha uğurla iştirak etdiklərini vurğulayıb, Azərbaycan cüdo federasiyasındakı dəyişikliklərə toxunub.

Dövlət başçısı BCF tərəfindən ölkəmizdə idmanın bu növü ilə bağlı verilən tövsiyələrin önəmini vurğulayaraq, bunun Azərbaycanda cüdonun inkişafına, xüsusilə gənc nəslin bu idman növünə marağının artırılmasına xidmət etdiyini bildirib.

Qonaq ölkəmizin BCF-in fəal üzvü olduğunu məmnunluqla qeyd edib və uğurlu əməkdaşlığın həyata keçirildiyini deyib. Marius Vizer Azərbaycanda cüdonun inkişafına göstərilən diqqəti yüksək qiymətləndirib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish