“İlk 15 dəqiqədə yaxşı oynadıq”

“Bizim üçün çətin oyun oldu, amma biz matçın ilk 15 dəqiqəsinə yaxşı başladıq. Lakin rəqib böyük komandadır və bunu başa düşürük. Bəzi məqamlarda konsentrasiyanı itirdik və nəticədə qol buraxdıq”.

Allsport.az saytı xəbər verir ki, bu sözü Zaqreb “Dinamo”sunun azərbaycanlı futbolçusu Mahir Əmrəli deyib. Millimizin hücumçusu çempionlar liqasında qrupda sonuncu turda səfərdə “Çelsi”yə 1:2 uduzduqları görüşü belə dəyərləndirib:

“Oyunda bizim də, rəqibində üstünlük təşkil etdiyi məqamlar oldu. “Çelsi” 2-ci hissəyə yaxşı başladı. 2-ci qolu vurmaq və buradan ən azı bir xal götürmək üçün bir neçə imkanımız oldu. Sonda “Çelsi” qalib gəldi və bu münasibətlə onları təbrik edirəm”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish