- Baxış sayı: 44
- 22 Noyabr 2024 23:11
- Baxış sayı: 104
- Dekabr 05, 2024
- 0
Dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni təqvim ili münasibətilə ilk dəfə ailə oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirin əsas məqsədi sağlam həyat tərzini təbliğ etmək və gələcək nəsillərə dayanıqlı inkişaf yolunda dəstək olmaqdır.
Respublika olimpiya mərkəzində 24 ailənin mübarizə apardığı yarışda ata (top atma), ana (yerindən uzunluğa tullanma) və övlad (60 m qaçma) yarışıblar. Sonda estafet yarışında atalar – 1000 m, analar 400 m, övladlar isə 200 m qaçıblar.