İlk dəfə aquatlon üzrə ölkə çempionatı

İyunun 14-də, Şuraabadda yerləşən “Blueplanet Kite Beach Hotel”də ilk dəfə olaraq aquatlon üzrə ölkə çempionatı keçirildi.

Allsport.az xəbər verir ki, yarış Azərbaycan triatlon federasiyası və gənclər və idman nazirliyinin birgə təşkilatçılığı, “Alufar” şirkətinin baş sponsorluğu ilə baş tutdu.

Bu mötəbər tədbirin əsas məqsədi ölkənin regionlarında triatlon idman növünü tanıtmaq və onun kütləviləşməsinə dəstək vermək idi.

Turnirdə respublikanın müxtəlif bölgələrindən və klublarından olan 160 idmançı öz gücünü sınadı. Gərgin və maraqlı mübarizə şəraitində keçən çempionat həm iştirakçılar, həm də tamaşaçılar üçün yaddaqalan idman bayramına çevrildi.

Yarışın əsas qalibləri:

Qızlar

  1. Abduləzizova Leyla
  2. Xəlilova Milanə
  3. Dadaşzadə Leyla

Oğlanlar

  1. Rzazadə Əli
  2. Məmmədli Toğrul
  3. Musayev Tamerlan

Həmin kateqoriyadan