İlk dəfə çempionlar liqasında

AFFA-nın qadın futbolu departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA-dan 2025/2026-cı illər mövsümü üçün ilk təyinatı alıb.

Allsport.az xəbər verir ki, p, çempionlar liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Dinamo” (Minsk, Belarus) – “Lüdoqorets” (Bolqarıstan) görüşünün UEFA nümayəndəsi olacaq. Bu, AFFA rəsmisinin karyerasında kişilər arasında qitənin ən nüfuzlu klub turnirinə ilk təyinatıdır. Z.Ağayeva daha əvvəl qadınların çempionlar liqasında 2 matça təyinat alıb.

“Dinamo” ilə “Lüdoqorets” arasında iyulun 16-da təşkil olunacaq cavab qarşılaşması Mezököveşt şəhərində baş tutacaq.

Həmin kateqoriyadan