- Baxış sayı: 85
- 03 Fevral 2025 14:38
- Baxış sayı: 106
- Fevral 10, 2025
- 0
Azərbaycan kanoe və avarçəkmə federasiyası (AKAF) ilk dəfə akademik avarçəkmə üzrə konsept trenajorda federasiya birinciliyi təşkil edəcək.
Allsport.az xəbər verir ki, daim yeniyetmə və gənclər arasında avarçəkmə idman növünün təbliğini, kütləviliyin təmin olunmasını ön planda tutan AKAF federasiya birinciliyini 2 fevral – Azərbaycan gəncləri günündə keçirəcək. Mingəçevir “Kür” olimpiya Tədris-idman mərkəzində baş tutacaq yarışda paytaxt Bakı və Mingəçevirdən olan 30 nəfərdən çox idmançı qatılacaq. Qalib idmançılar federasiya tərəfindən diplomla mükafatlandırılacaq. Yarışın keçirilməsində əsas məqsəd idmançıların fiziki hazırlıqlarının yoxlanılmasıdır.
Konsept trenajorda avarçəkmə yarışları dünyada geniş yayılıb. Bu növdə Avropa və dünya çempionatları kimi böyük yarışlar keçirilir.