- Baxış sayı: 35
- 05 Fevral 2023 22:30
- Baxış sayı: 116
- Fevral 06, 2023
- 0
Çex Respublikasının paytaxtı Praqada gənc cüdoçuların Avropa birinciliyində komanda yarışına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, Azərbaycan ilk dəfə qarışıq proqramda medal fərqlənib. Millimiz 3-cü yer uğrunda mübarizədə Almaniyaya 4:1 qalib gəlib.
Nəzərinizə çatdıraq ki, Odlar yurdu ilin əvvəlindən etibarən qatıldığı bütün komanda yarışlarından medalla geri dönüb. İdmançılarımız yeniyetmələrin Avropa çempionatında bürünc, EYOF-2022-də qızıl, yeniyetmələrin dünya çempionatında gümüş, İslam həmrəyliyi oyunlarında kişilər arasında qızıl və qadınlarda bürünc mükafaya yiyələnib.
Xatırladaq ki, cüdoçularımız Avropa çempionatında fərdi çıxışlarda 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.