İlk finalçı “Cəbrayıl” oldu

Bu gün “ASK arena”da AFFA region liqasının ilk yarımfinal oyunu keçirilib. Allsport.az saytı xəbər verir ki, “Cəbrayıl” və “Qusar” komandaları arasında oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.

Qalibi müəyyən etmək üçün 15 dəqiqədən ibarət iki hissə oynanılıb. Əlavə ilk hissədə daha bir dəfə fərqlənən “Cəbrayıl” komandası yekunda 2:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.

Sabah saat 16:00-da eyni məkanda digər yarımfinalda  “Xan Lənkəran” və “Araz” (Naxçıvan) qarşılaşacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish