İlk gedişi Fərid Qayıbov və Nona Qaprindaşvili etdi

Bu gün Şuşada beynəlxalq şahmat turniri başlayıb. Allsport.az saytı xəbər verir ki, ilk gedişi kişilərin yarışında gənclər və idman naziri Fərid Qayıbov, qadınlarda gürcüstanlı 5-qat dünya və 11-qat olimpiya çempionu Nona Qaprindaşvili ediblər.

Qadınların yarışında ilk turda Gövhər Beydullayeva Xanım Balacayeva, Nana Dzaqnidze (Gürcüstan) Günay Məmməzadə, Ülviyyə Fətəliyeva Gülnar Məmmədova, Marsel Efroimski (İsrail) Yolanta Zavadska (Polşa), Kübra Öztürk Güvənli (Türkiyə) Meri Arabidze (Gürcüstan) ilə qarşılaşır.

Kişilərin mübarizəsində birinci turda Şəhriyar Məmmədyarov Qədir Hüseynov, Teymur Rəcəbov Parham Maqsudlu (İran), Rüstəm Qasımcanov (Özbəkistan) Rauf Məmmədov, Vasif Durarbəyli Hao Vanq (Çin), Mustafa Yılmaz (Türkiyə) isə Santoş Qucrati Vidit (Hindistan) ilə üz-üzə gəlir.

Turnirə sentyabrın 24-də yekun vurulacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish