İlk gündə 3 qızıl, 2 gümüş və 1 bürünc

Sloveniyanın Sele şəhərində cüdo üzrə böyüklər arasında Avropa kuboku turnirinə start verilib. Allsport.az saytı xəbər verir ki, yarışın ilk günündə bizimkilər 6 medal qazanıblar.

Rəşad Yelkiyev (60 kq), Tofiq Məmmədov (66 kq), Rəşid Məmmədəliyev (73 kq) qızıl, Kənan İsmayılov (60 kq), Nəriman Mirzəyev (73 kq) gümüş və Ruslan Paşayev (66 kq) isə bürünc mükafata yiyələniblər.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish