İman Xəlif İBA-nı məhkəməyə verir

Qadınlar arasında boks üzrə Paris-2024 olimpiadasının qalibi İman Xəlif beynəlxalq boks assosiasiyasını (İBA) məhkəməyə vermək niyyətində olduğunu açıqlayıb.

Allsport.az xəbər verir ki, əlcəzairli boksçu bu barədə sosial şəbəkə hesabında yazıb: “Artıq bağlı olmadığım və beynəlxalq olimpiya komitəsi tərəfindən tanınmayan beynəlxalq boks assosiasiyası öz maraqlarını təmin etmək üçün növbəti dəfə saxta və aqressiv ittihamlarla çıxış edib. Məsələ təkcə məndə deyil, idmanın ədalətindən gedir.

Komandam vəziyyəti diqqətlə izləyir, hüquqlarımı və ədalətli rəqabət prinsiplərini qorumaq üçün bütün lazımi hüquqi addımları atır. Məsul şəxslər məsuliyyətə cəlb edilməlidir. Ədalətin zəfər çalmasını təmin etmək üçün bütün mümkün hüquqi vasitələrdən istifadə edəcəyik”.

Həmin kateqoriyadan