- Baxış sayı: 33
- 16 Yanvar 2026 23:24
- Baxış sayı: 181
- Yanvar 15, 2026
- 0

“İmişli” fiziki məhdudiyyətli gənc Hüseyn İsmayılovun ailəsini ziyarət edib və ona xüsusi hədiyyələr təqdim edib.
Allsport.az xəbər verir ki, Hüseyn İsmayılov uşaq yaşlarından peşəkar futbolla məşğul olub. Lakin 15 yaşında məşq zamanı aldığı ağır baş zədəsindən sonra ona iflic diaqnozu qoyulub.
Artıq 10 ildir ki, Hüseyn əlil arabasında hərəkət edir.
Ziyarət zamanı “İmişli” tərəfindən Hüseynə əlil arabası hədiyyə edilib. Eyni zamanda komandanın rəsmi köynəyi də gənc futbolsevərə təqdim olunub.