“İnanıram ki, bu uşaqlardan olimpiya medalçıları, hətta çempionu da olacaq”

İtaliyanın Kaorle şəhərində keçirilən U20 Avropa çempionatında 6 medal qazanan yunan-Roma güləşçilərimiz Vətənə qayıdıb.

Allsport.xəbər verir ki, bir qızıl, üç gümüş və iki bürünc medalla komanda hesabında 2-ci yeri tutan millimiz üçün Heydər Əliyev beynəlxalq aeroportunda qarşılanma mərasimi və brifinq təşkil edilib.

Millinin böyük məşqçisi Nurəddin Rəcəbov yarışla bağlı fikrini söyləyib:

“Yarışda Avropanın ən güclü güləşçiləri iştirak edirdi. Gürcüstan komandasından cüzi xalla geri qaldıq. Ölkə daxili və xarici təlim-məşq toplanışlarımızı təşkil edən federasiyamıza təşəkkür edirəm. Qazandığımız medallar da bunun nəticəsidir. Bu uğurlarda payı olan hər kəsə minnətdaram. Güləşçilərimizin 30 faizi zədəli idi. Düzdür, daha çox qızıl medal qazana bilərdik. Buna da şükür. Düşünürəm ki, yüksək nəticə göstərdik. Əsas məqsədimiz böyüklər üçün güləşçiləri düzgün formada hazırlamaqdır. İnanıram ki, bu uşaqlardan olimpiya medalçıları, hətta çempionu da olacaq”.

Həmin kateqoriyadan