“İnanıram ki, bu yarışda Bakı-2017 İslam oyunlarındakı uğuru təkrarlayacağıq”

Qadın voleybolçularımız İslam oyunlarında yarımfinalda İranla qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, millinin toppaylayıcısı Şəfaqət Alışanova bununla bağlı bunu deyib:

“İslamiadada “B” qrupunda mübarizəyə başladıq. Qrupda 3 görüş keçirdik. İlk iki matçda rahat qələbə qazandıq. Sonuncu görüşümüz Kamerun yığmasına qarşı oldu. Birinci setdə öz səhvlərimizə görə məğlub olduq. Buna baxmayaraq sonra hissələri qazanaraq, matçın qalibi ola bildik və qrup lideri kimi növbəti mərhələyə yüksəldik.

Sabah yarımfinalda İran yığması ilə qarşılaşacağıq. Hədəfimiz vətənə qızıl medalla dönməkdir. Çalışmalıyıq ki, qarşıdakı görüşlərdə daha yaxşı oyun göstərək. İnanıram ki, bu yarışda qalib gələrək 2017-ci ildə Bakıda keçirilən İslam həmrəyliyi oyunlarındakı qələbəni təkrarlayacağıq”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish