- Baxış sayı: 60
- 25 Mart 2023 23:40
- Baxış sayı: 60
- Mart 25, 2023
- 0
Premyer liqanın XVII turunun “Sumqayıt” – “Qəbələ” oyunundan (0:4) sonra qonaqların baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi 42 yaşlı mütəxəssisin fikri ilə tanış edir:
“Bizi çətin səfər oyununun gözlədiyini bilirdik. “Sumqayıt” son pillələrdə qərarlaşmasına baxmayaraq, heyətində yaxşı futbolçuların cəmləşdiyi bir kollektivdir. Ağır oyuna hazırlaşmışdıq.
Komanda görüşə ilk dəqiqədən dinamik və istədiyimiz formada yanaşdı. Ümumi götürəndə futbolçularımın çıxışından razıyam. İnanıram ki, qarşıdakı matçlarda daha məzmunlu oyun nümayiş etdirəcəyik”.