”İndiana Peysers” finala yüksəldi

NBA-da ikinci finalçı müəyyənləşib.

Allsport.az xəbər verir ki, şərq konfransının final sıralamasının 6-cı oyununda “İndiana Peysers” evdə “Nyu-York Niks”i üstələyib – 125:108.

Beləliklə, ümumi hesabı 4:2-yə çatdıran “İndiana” adını finala yazdırıb. Onlar iyunun 6-da həlledici oyjnda “Oklahoma Siti Tanders”lə üz-üzə gələcək.

Həmin kateqoriyadan