- Baxış sayı: 22
- 17 İyun 2025 19:46
- Baxış sayı: 74
- İyun 17, 2025
- 0
Azərbaycan premyer liqasının XXXV turunda “Şamaxı” evdə “Araz-Naxçıvan”a uduzub – 0:1.
Allsport.az xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçi Elmar Baxşıyevin səsləndirdiyi fikir:
“Ağır oyun alındı. Ümumi götürdükdə, komanda mövsüm ərzində istədiyim oyunu və nəticəni bizə verdi. Təmsil etdiyimiz Naxçıvan adına sevindirici nəticədir. Rəhbərliyi təbrik edirəm, bizə inandı, imkan verdi.
Konfrans liqasında iştirak edəcəyik. İndidən nəsə deyə bilmərəm. Çünki rəhbərliklə görüşməli, bunları müzakirə etməliyik. İçi mən qarışıq demək olar, hamının müqaviləsi başa çatıb. Buna aydınlıq gətirəcəyik.
Naxçıvanda oynamağı biz də istəyirik. Qələbələrimizlə azarkeşlərimizi sevindirmək istəyirik. Ancaq bu məndən asılı məsələ deyil”.