- Baxış sayı: 34
- 25 Yanvar 2026 11:27
- Baxış sayı: 178
- Yanvar 22, 2026
- 0

İngiltərə premyer liqasının XVII turu çərçivəsində keçirilən görüşdə “Vulverhəmpton” öz meydanında “Brentford”a 0:2 hesabı ilə məğlub olub.
Allsport.az xəbər verir ki, bu məğlubiyyət “canavarlar” üçün cari mövsümdə ardıcıl 10-cu olub. Bununla da “Vulverhəmpton” bir mövsüm ərzində ardıcıl 10 oyun uduzan dördüncü komanda kimi premyer liqa tarixinə düşüb. Daha əvvəl bu mənfi göstərici “Sanderlənd” (2002/03), “Aston Villa” (2015/16) və “Norviç” (2019/20) klubları tərəfindən qeydə alınıb.
17 turdan sonra aktivində cəmi 2 xal olan komanda İngiltərə peşəkar futbol tarixinin ən pis göstəricisini təkrarlayıb. Eyni nəticə 1970/71-ci illər mövsümündə IV divizionda mübarizə aparan “Nyuport” və 2020/21-ci illər mövsümündə premyer liqada çıxış edən “Şeffild Yunayted” tərəfindən göstərilib.