İngiltərə klubu antirekorda imza ata bilər: Bir mövsümdə yeddi fərqli qapıçı

İngiltərənin “Şeffild Uensdei” klubu qapıçı böhranı və maliyyə çətinlikləri səbəbindən tarixinin ən ağır günlərini yaşayır.

Allsport.az xəbər verir ki, hazırda çempionşipdə sonuncu pillədə qərarlaşan komandada Pirs Çarlz və Merfi Kuperin zədələnməsi rəhbərliyi mövsüm ərzində yeddinci qapıçı axtarışına çıxmağa məcbur edib.

Klubun “Middlsbro”dan Seni Dienqi təcili icarəyə götürmək üçün danışıqlar apardığı bildirilir. Xallarının silinməsi və maliyyə sanksiyaları ilə üzləşən “bayquşlar” fevralın 22-də keçiriləcək “Şeffild Yunayted” derbisində məğlub olacağı təqdirdə vaxtından əvvəl aşağı liqaya düşə bilər.

“Şeffild Uensdei” cari çempionatda artıq İtan Horvat və Co Lami də daxil olmaqla bir neçə qapıçının xidmətindən istifadə edib.

Həmin kateqoriyadan