- Baxış sayı: 42
- 17 İyul 2025 21:42
- Baxış sayı: 170
- İyul 17, 2025
- 0
İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatında yunan-Roma güləşçimiz Ayxan Cavadov 60 kq-da qalib olub. Allsport.az saytı xəbər verir ki, o, hava limanında sevincini KİV-lə bölüşüb:
“Allaha şükürlər olsun ki, U20 Avropa çempionatında ilk çıxışımda çempion oldum. Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. Qələbəmi ailəmə həsr edirəm. Yarış çox ağır keçdi. Xüsusən yarımfinalda Gürcüstan güləşçisi ilə görüşü qeyd edə bilərəm.
Ona 4:1 hesabıyla qalib gəldim. Finalda ötən il Avropa çempionu olmuş İsveç güləşçisiylə qarşılaşdım. Ona da qalib gəlib çempion oldum. İnşallah, qarşıdan gələn dünya çempionatında da eyni nəticəni təkrarlayacağam”.