İnzaqini əvəzlədi – RƏSMİ

“İnter”in yeni baş məşqçisi müəyyənləşib.

Allsport.az xəbər verir ki, bu posta Kristian Kivu təyin olunub. 

Milan təmsilçisi rumın məşqçi ilə 30 iyun 2027-ci ilə qədər müqavilə imzalayıb. O,“Əl-Hilal”a keçən Simeone İnzaqini əvəzləyib.

44 yaşlı mütəxəssis cari ilin fevralından “Parma”nın baş məşqçidi idi. O, bu klubla “A” seriyasında mövsümü 16-cı pillədə bitirib.

Kristian Kivu futbolçu kimi 2007-2014-cü illərdə “İnter”in şərəfini qoruyub.

Həmin kateqoriyadan