- Baxış sayı: 5
- 14 Noyabr 2024 23:46
- Baxış sayı: 38
- Noyabr 14, 2024
- 0
“Sabah” klubunun müşahidə şurasının üzvü İqor Ponomaryov ölkə futbolunu tənqid edib. Allsport.az saytı xəbər verir ki, veteran oyunçu Futbol+” qəzetinə müsahibəsində dolayısı ilə AFFA-nı günahkar bilib:
“Yığmanın qrupu cəmi 1 xalla başa vurması ölkə futbolu adına böyük minusdu. 18-19 ildə beynəlxalq səviyyədə oynaya biləcək bir futbolçu belə yetişməyib. Niyə yaxşı futbolçular yetişmir? Niyə heç kim soruşmur ki, nə baş verir? Niyə? Çünki biz nə edirik?
Gündə bir akademiya açırıq. “Mançester Yunayted” məktəbi, o biri, bu biri. Hə, nə olsun? Hanı o akademiyalardan çıxan uşaqlar? Bu gün çempionatımızın səviyyəsi hansı vəziyyətdədir? Bu məqam təmsilçilərimizin avrokubok matçlarında özünü açıq-aşkar göstərir. Ölkənin imkansız vaxtlarında çempionatda 16, 18 komanda iştirak edirdi.
Indi şərait yaxşılaşıb, ölkənin vəziyyəti düzəlib, elitada cəmi 8 komanda çıxış edir. Yatıb-durursan, yenə “Qarabağ”, “Səbail”, “Neftçi” ilə oynamalısan”.