İranlı şahmatçı: Şəhriyardan sonra 2-ci olmaq yaxşı nəticədir

Şuşada keçirilən şahmat turnirində kişilərin yarışında 2-ci yer tutan Parham Maqsudlu təəssüratnı bölüşüb. Allsport.az saytı xəbər verir ki, iranlı idmançı yekun nəticədən razı qaldığını deyib:

“Bu yarışda iştirak etdiyim üçün çox şadam, dəvətə görə təşkilatçılara minnətdaram. Çox güclü yarış izlədik. Nəticələrimdən, 2-ci yerdən razıyam. Unutmayaq ki, Şəhriyar Məmmədyarov kimi güclü şahmatçı qalib oldu.

Ondan sonra 2-ci olmağı yaxşı nəticə hesab edirəm. Ümid edirəm ki, yenidən bu turnirdə iştirak etmək imkanım olacaq”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish