- Baxış sayı: 36
- 16 Yanvar 2026 23:24
- Baxış sayı: 182
- Yanvar 15, 2026
- 0

“Liverpul” hücumçusu Aleksandr İsakın səhhəti ilə bağlı açıqlama yayıb.
Allsport.az xəbər verir ki, 26 yaşlı futbolçu “Tottenhem”ə 1:2 hesabı ilə məğlub olduqları oyunda zədə alıb.
Klub oyunçunun ayaq biləyi zədəsi və fibula sümüyünün sınığı səbəbindən əməliyyat olunduğunu açıqlayıb.
İsakın rəsmi sağalma müddəti bilinmir.
“Liverpul” yayda İsakı rekord 125 milyon funt sterlinqə transfer edib.