İslam əməkdaşlıq təşkilatında Azərbaycanın sədrliyi ilə son toplantı

Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam əməkdaşlıq təşkilatı ölkələrinin gənclər və idman nazirlərinin 5-ci konfransı keçirilib.

Allsport.az saytı xəbər verir ki, İƏT-in 4-cü yığıncağının sədri qismində iştirak edən Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov, ölkəmizin sədrliyi dövründə görülmüş işlər barədə hesabat verib, eyni zamanda bütün üzv ölkələrə və qurumlara bu dövrdə təşkilatın fəliyyətinə göstərdiyi dəstəyə görə təşəkkür edib.

O, çıxışının sonunda konfransa sədrliyi Səudiyyə Ərəbistanı krallığına təhvil verərək, bu ölkənin idman naziri, şahzadə Əbdüləziz bin Turki Əl-Faysalı bu münasibətlə təbrik edib, qarşı tərəfin yeni nailiyyətlər qazanacağına inandığını bildirib.

Tədbirdə çıxış edən ölkələrin nümayəndələri konfransa sədrlik etdiyi dörd il (Azərbaycanın sədrliyi pandemiya səbəbindən 2 il yox, 4 il davam edib) ərzində göstərdiyi fəallığa görə Azərbaycana təşəkkür ediblər.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish