• Ça. İyl 5th, 2022

“İslam oyunları, dünya çempionatı və dünya kubokunda uğur üçün əlimizdən gələni edəcəyik”

Apr 8, 2022

Bu gün ölkə başçısı İlham Əliyev, Macarıstanda keçirilmiş Avropa çempionatında böyük uğur qazanan güləş komandalarını qəbul edib. Allsport.az saytı xəbər verir ki, görüşdə iştirak edən “sərbəstlər”in baş məşqçisi  Namiq Abdullayev bunu deyib:

“Hörmətli prezident, əvvəlcə bizi növbəti dəfə dəvət etdiyiniz və bizimlə yenidən görüşdüyünüz üçün Sizə həm Azərbaycan güləş federasiyası, həm məşqçilər və idmançılar, həm də bütün güləş ailəsi adından dərin təşəkkürümüzü bildirirəm. Bildiyiniz kimi, güləş üzrə milli komandalarımız son bir ayda iki Avropa çempionatında ölkəmizi uğurla təmsil ediblər.

Bolqarıstanda keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatının ardınca Macarıstanda keçirilən böyüklərin Avropa çempionatında da yüksək nəticələr qazanılıb. Komandalarımız ümumilikdə 3 qızıl, 6 gümüş və 7 bürünc medal qazanıb. Həm sərbəst, həm də yunan-Roma güləşi üzrə milli komandalarımız komanda hesabında Avropa çempionu olub.

İki komandamızın eyni vaxtda Avropa çempionu olması güləş tariximizdə yeni rekorddur. 23 yaşadək güləşçilərin Avropa çempionatından sonra bizi qəbul etməyiniz güləşçilərimiz üçün böyük stimul oldu. Bunun da nəticəsi olaraq böyüklərin Avropa çempionatında yüksək nəticə qazana bildik.

Qarşıda bizi mötəbər yarışlar gözləyir. Bu il İslam həmrəyliyi oyunlarında, dünya çempionatında və dünya kubokunda ölkəmizi uğurla təmsil etmək üçün əlimizdən gələni edəcəyik”.

AllEscortAllEscort