İslam oyunlarında bayraqdarlarımız bəlli oldu

5-ci İslam həmrəyliyi oyunlarında Azərbaycan nümayəndə heyətinin bayraqdarları məlum olub. Allsport.az saytı xəbər verir ki, avqustun 9-da açılış mərasimində “Azərbaycan” adı yazılan lövhəni güləşçi Hacı Əliyev daşıyacaq. Üçrəngli bayrağımızı isə atlet Nazim Babayev və voleybolçu Ayşən Abduləzimova aparacaqlar.

Adı ilk çəkilən idmançı olimpiya oyunlarının gümüş və bürünc mükafatçısı, 3-qat dünya və 3-qat qitə çempionu, Avropa oyunlarının qızıl və bürünc medalçısıdır.

Nazim Babayev qitə çempionu, Bakı-2017 İslam oyunlarının qalibi, qış universiadasının 2-qat qalibi, Yyniyetmələrin yay olimpiya oyunlarının bürünc mükafatçısıdır.

Ayşən Abduləzimova isə qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı, “Çağırış” kubokunun qalibi, “Qızıl Avropa” liqasının və IV İslam həmrəyliyi oyunlarının qalibidir.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish