İsmayıllı olimpiya idman kompleksində Xurşidbanu Natəvanın 190 illiyinə şahmat turniri

İsmayıllı olimpiya idman kompleksində ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi, elm və təhsil nazirliyi, gənclər və idman nazirliyi, Azərbaycan şahmat federasiyası, “Ümidli gələcək” İB-nin birgə təşkilatçılığı və UNİCEF-in dəstəyi ilə Xurşidbanu Natəvanın 190 illiyinə qızlar və qadınlar arasında regional şahmat turniri keçirilib.

Allsport.az saytı xəbər verir ki, turnirdə Qobustan, Şamaxı, Ağsu, İsmayıllı və Qəbələ rayonlarını təmsil edən 150 nəfərdən çox qız və qadın şahmatçı mübarizə aparıb. Tədbirin açılış və bağlanış mərasimlərində İsmayıllı rayon icra hakimiyyətinin başçısının müavini Sevil Əhmədova, dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin müavini Vilyam Abi Abdallah, beynəlxalq qrossmeysterlər Zeynəb və Türkan Məmmədyarovalar və digər qonaqlar iştirak ediblər.

Şahmat turniri ustad dərsləri ilə davam edib. Qaliblər medal, diplom, kubok və hədiyyələrlə, təşkilati dəstək göstərən qurumlar isə təşəkkürnamə ilə təltif olunublar.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish