İspaniyalı məşqçi Bakıdakı işindən danışdı

Bədii gimnastika üzrə müxtəlif yaş qruplarından ibarət milli komandaların üzvləri üçün xoreoqrafiya məşqləri keçən Beatriz Brito Aguilera açıqlama verib. Allsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis bunu deyib:

“Azərbaycan gimnastları dünya səviyyəsində çox yüksək nəticələr əldə ediblər və bu uğurların davamı gəlir. Bakı mənim üçün yuxu kimidir. Uzun müddət burada keçirilmiş beynəlxalq tədbirləri izləmişəm.

Azərbaycan xalqının milli rəqsləri, folklorla bağlı olan məqamlar onlara xalça üzərində özlərini ifadə etməyə köməklik göstərir. Bütün qazanılmış nailiyyətlərin arxasında böyük əmək dayanır. Bütün bunları zalda gördüm”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish