- Baxış sayı: 48
- 10 İyul 2026 12:15
- Baxış sayı: 456
- İyul 08, 2026
- 0

“Real Sosyedad” baş məşqçisi Pelleqrino Mataratso ilə əməkdaşlığı uzadıb.
Allsport.az xəbər verir ki, bu barədə San-Sebastyan klubunun mətbuat xidməti açıqlama yayıb.
48 yaşlı ABŞ-li mütəxəssislə 2028-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.
Mataratso ötən mövsüm komandanın sükanı arxasına keçib və ilk ilində “Real Sosyedad”ı İspaniya Kubokunda çempionluğa daşıyıb. La Liqada isə San-Sebastyan təmsilçisi mövsümü 10-cu sırada tamamlayıb.