- Baxış sayı: 38
- 22 Yanvar 2025 19:38
- Baxış sayı: 80
- Yanvar 23, 2025
- 0
Allsport.az xəbər verir ki, 2023-2024-cü illər mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb. “Qırmızı-qaralar” Osama Xalailanın transferini gerçəkləşdirib. 25 yaşlı israilli hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.
Osama peşəkar karyerasına “Bney Saxnin”də başlayıb. 2017-21-ci illərdə bu klubda çıxış etdikdən sonra forvard Təl-Əviv “Makkabi”sinə keçib. O, ötən ilin yayında Bney Reyneh “Makkabi”sinə icarəyə verilib.
İsrailin U-18, U-19 və U-21 yığmalarında oynamış Osama əsas millidə də forma geyinib. O, 2021-ci ildə bu komandada debüt edib.