- Baxış sayı: 29
- 08 Fevral 2026 18:57
- Baxış sayı: 29
- Fevral 08, 2026
- 0

Allsport.az saytı xəbər verir ki, Livan futbol assosiasiyası İsraildən gələn hücumlar səbəbindən, təşkilatın himayəsində olan bütün matçlar qeyri-müəyyən müddətə təxirə salıb.
“Ölkənin yaşadığı mövcud vəziyyəti nəzərə alaraq, Livan futbol assosiasiyasının icraiyyə komitəsi bütün turnir oyunlarını qeyri-müəyyən müddətə təxirə salmaq qərarına gəlib”, – bəyanatda deyilir.
Sentyabrın 17 və 18-də Livanın müxtəlif bölgələrində onlarla insanın ölümünə və 3 minə yaxın insanın yaralanmasına səbəb olan rabitə avadanlığının kütləvi partlayışlarından sonra, hər 2 tərəfdən artan atəş intensivliyi ilə daha bir eskalasiya baş verib.