Joze Alesio Da Silva: “Komandadakı atmosfer məni qane edir”

“Komandadakı atmosfer məni qane edir. Ramiz Çovdarov zədəli olduğuna görə bir müddət məşq etməmişdi. Onun hələ tam hazır olmadığını, fiziki hazırlığında müəyyən çatışmazlığın olduğunu deyə bilərəm. Xətai Bağırov da ilkin mərhələnin son matçında qırmızı vərəqə aldığına görə, “Uraqan”la oyunda iştirak etməyəcək. Bunlara rəğmən, komandada hər şey normaldı”.

Allsport.az xəbər verir ki, bunu çempionlar liqasının əsas mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxacaq “Araz-Naxçıvan” futzal klubunun baş məşqçisi Joze Alesio Da Silva deyib.

Braziliyalı mütəxəssis bildirib ki, ilk oyun çox əhəmiyyətlidir. Çətin olacaq. Müəyyən tapşırıqlar verəcəm oyunçularıma.
“Uraqan”ın bir neçə oyununa baxmışam. Sıradan rəqib deyil. Əksinə, güclü komandadır. Kollektiv şəkildə əla çıxış edirlər, fərdi bacarıqlarına görə seçilən oyunçuları var. Bir neçə müddətdir bir yerdə çıxış edirələr ki, bu da onların üstünlükləridir. Dörd oyunçusu ölkəsinin milli komandasının üzvüdür. Bir sözlə, komanda şəklində çox güclüdürlər. Həm də nəzərə almaq lazımdır ki, istənilən turnirin, çempionatın ilk oyunu çox çətin keçir. Hətta belə qarşılaşmaları “kilid matç” da adlandırırlar. “Uraqan” bu mübarizəyə doğma meydanda başlayacaq, azarkeşlərin dəstəyini hiss edəcək.
“İlk məşqdən sonra örtüyün sürüşkən olduğunu deyə bilərəm. Məncə, oyun zamanı bunu hiss etməyəcəyik. Çünki ilk dəfə idi bu zalda məşq edirdik”, – deyə baş məşqçi əlavə edib.

Təmsilçimiz ilk oyunda Ukrayna çempionu “Uraqan”la qarşılaşacaq. Ukraynada keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish