• Ça. İyl 5th, 2022

Kənan Babayev: Eynu uğuru dünya birinciliyində də təkrarlamaq niyyətindəyəm

Apr 23, 2022

Bolqarıstan paytaxtı Sofiyada gənc boksçuları Avropa birinciliyində Kənan Babayev (48 kq) qızıl medal qazanıb. Allsport.az saytı xəbər verir ki, o, çıxışını şərh edib və bununla kifayətlənmək niyyətində olmadığını açıqlayıb:

“Döyüşlərim çox çətin alındı. Avropa birinciliyində zəif boksçuların olmadığını bilirik. Ən çətin görüşüm gürcüstanlı Oruc Əhmədovla keçdi. Final isə rahat idi.

Rəqibi əsasən fiziki cəhətdən üstələdim və güclü zərbələr hesabına qalib gəldim. Əsas odur ki, hər şey ürəyim istədiyi kimi alındı və çempion tituluna yiyələndim. Lakin bununla kifayətlənmək fikrində deyiləm.

Növbəti hədəfim, bizi bu il gözləyən dünya birinciliyində də eyni nailiyyəti təkrarlayıb və ikinci titulumu qazanmaqdır”.

AllEscortAllEscort