• Ça. İyl 5th, 2022

Kənan Babayev finalda

Apr 20, 2022

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa birinciliyində yarımfinal döyüşlərinə start verilib. Allsport.az saytı xəbər verir ki, finala gedən yolda Azərbaycan millisinin heyətində rinqə ilk olaraq Kənan Babayev çıxıb.

Əvvəlki mərhələlərdə türkiyəli Telet Yağlı və gürcüstanlı Oruc Əhmədova qalib gələn ölkə çempionu yarımfinalda irlandiyalı Tedi Coysla qarşılaşıb. 48 kq-da baş tutan döyüş Babayevin qələbəsi ilə yekunlaşıb.

O, rəqibini 5:0 (28:27, 28:27, 29:26, 28:27, 28:27) hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Bununla da Azərbaycan yığması 3 illik fasilədən sonra analoji yarışın həlledici görüşündə təmsil olunacaq.

AllEscortAllEscort