“Kəndlərdə idmanı inkişaf etdirək” Tərtərdə

AFFA-nın, Tərtər icra hakimiyyətinin və Uşaq gənclər futbol federasiyasının birgə təşkilatçılığı ilə bu rayonun olimpiya idman kompleksində “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.

Allsport.az saytı xəbər verir ki, bu layihə prezident İlham Əliyevin 29 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.

Tədbirdə AFFA-nın vitse-prezidenti Rauf Əliyev, Tərtərin icra başçısı Müstəqim Məmmədov, millət vəkili Sabir Hacıyev iştirak ediblər.

Layihə çərçivəsində tədbirdə iştirak edən 50 məktəbli uşağa futbola marağı artırmaq məqsədilə idman geyimləri və toplar verilib. Gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish