- Baxış sayı: 20
- 29 May 2023 15:28
- Baxış sayı: 37
- May 28, 2023
- 0
Premyer liqanın növbəti mövsümü üçün transfer çalışmalarına başlayan “Kəpəz” ilk növbədə diqqəti son çempionatda komandanın heyətində çıxış etmiş futbolçulara yönəldib. Allsport.az saytı xəbər verir ki, Gəncə klubunun 7 futbolçu ilə danışıqları müsbət nəticələnib.
Qapıçı Davud Kərimi, müdafiəçilər Şəhriyar Rəhimov, Şəhriyar Əliyev, Novruz Məmmədov, Azad Kərimov, yarımmüdafiəçilər Kərim Diniyev və Orxan Əliyev ilə yeni razılıq əldə edilib. Bu futbolçuların müqaviləsi daha bir il müddətinə artırlıb.