- Baxış sayı: 21
- 05 Noyabr 2024 16:38
- Baxış sayı: 230
- Noyabr 04, 2024
- 0
“Kəpəz” Topaz Premyer Liqasının ilk turunda qarşılaşacağı “Neftçi” ilə oyuna hazırlığını davam etdirir. Allsport.az xəbər verir ki, Gəncə klubu gündə bir dəfə olmaqla saat 19:00-da məşqə çıxır.
Məşqlər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda aparılır.
“Sarı-göylər”in avqustun 6-na təsadüf edən məşqinə klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu baş çəkib. Komanda üzvləri ilə hal-əhval tutan Nərimanoğlu yeni mövsümün startı ilə bağlı futbolçuları və məşqçilər korpusunu təbrik edib, onlara uğurlar arzulayıb. “Kəpəz”in yoxlama oyunlarındakı nəticələrindən danışan Nərimanoğlu komandanın uğurlu çıxışını çempionat görüşlərində də görmək istədiklərini bildirib.