- Baxış sayı: 33
- 06 Fevral 2023 21:32
- Baxış sayı: 85
- Fevral 06, 2023
- 0
“Kəpəz” ölkə kubokunda 10-cu səfər heç-heçə edib. Allsport.az saytı xəbər verir ki, Gəncə klubu 1/4 finalın cavab oyununda “Turan Tovuz”la 2:2 sülhə nail olub. Bu, komandanın rəqib meydanındakı 51-ci matçına təsadüf edib.
“Kəpəz” kubokun tarixində səfərdə 10 və daha çox heç-heçə edən 5-ci komandadır. “Neftçi” (19), “Qarabağ” (18), “Şamaxı” (12) və “Bakı” (11) daha çox sülhə nail olub.
“Sarı-göylər”in rəqib meydanındakı ilk heç-heçəsi 1993-cü il mövsümünün 1/32 finalında gerçəkləşib. “Nicat”la Bakıda görüşdə məhsuldar sülh qeydə alınıb – 2:2.