“Kəpəz”dən növbəti transfer

Gəncə klubu son olaraq “Sumqayıt”da çıxış edən Yusif Nəbiyevi heyətə cəlb edib. Allsport.az saytı xəbər verir ki, 24 yaşlı müdafiəçi ilə 1-illik anlaşılıb.

Yeni mövsümdən premyer liqada çıxış edəcək “sarı-göylər” bundan əvvəl Tural Axundov, Elvin Yunuszadə, Kamran İbrahimov, Zamiq Əliyev, Mate Kvirkviya, Giorgi Kantariya, Əfran İsmayılov, Rauf Əliyev və Fərid Nəbiyevlə müqavilə bağlayıb.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish