“Kəpəz”in əvəzedicilərinə danışılmış oyunlar mövzusunda mühazirə

Gəncə şəhərində 1-ci divizionda mübarizə aparan “Kəpəz” klubunun əvəzedici komandasının üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.

Allsport.az saytı xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Futbol ictimaiyyəti olaraq  danışılmış oyun və ya oyun manipulyasiyası haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub.

Maarifləndirici və hesabat xarakterli təqdimatlar edib. Toplantıda “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda olduqca əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb. Danışılmış oyunların yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib. 

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish