- Baxış sayı: 12
- 14 Noyabr 2024 19:20
- Baxış sayı: 31
- Noyabr 14, 2024
- 0
“Cəbhədə həyatını itirənlərə başsağlığı verirəm. Ölkə üçün çətin dönəm olduğunu bilirəm. Şəhidlərin ailə üzvlərini qucaqlamaq və bağrıma basmaq istərdim”.
Allsport.az saytı xəbər verir ki, bu sözüi “Qarabağ”ın futbolçusu Kadi Borges qitə liqasının “G” qrupunun 2-ci turunda Fransanın “Nant klubu ilə oyundan öncə təşkil edilən mətbuat konfransında deyib. Braziliyalı yarımmüdafiəçi ev matçında qalib gəlmək istədiklərini söyləyib:
“Çətin oyuna çıxacağıq. Bizi rəqabətli matç gözləyir. Rəqib haqqında məlumat almışıq. Ümid edirəm ki, azarkeşlər üçün yaxşı tamaşa olacaq. Bu görüşdə qalib gəlmək istəyirik”.
Sabah Tofiq Bəhramov adına respublika stadionunda qarşılaşma saat 20:45-də başlayacaq.