Kadinin milliyə yolu bağlandı

“Qarabağ”dan Rusiyanın “Krasnodar” klubuna keçmək qərarı alan Kadi Borgesin addımı Polşada narazılıqla qarşılanıb. Allsport.az xəbər verir ki, “Meczyki” saytında dərc olunan yazıda braziliyalı futbolçunun Rusiya çempionatını seçməsinin onun Polşa millisində oynamağına ciddi əngəl olduğunu qeyd edib:

“O, Polşada oynamaq istəyirdi, Rusiyaya getdi. Cənab Malinovski milliyə gedən yolunu bağladı. Bir müddət əvvəl hüquqi işlər başlasa da, indi vəziyyət dəyişib. Görünən budur ki, 26 yaşlı futbolçuya Polşa millisinin qapısı birdəfəlik bağlandı. Bunun səbəbi isə onun Rusiyada oynamaq qərarı verməsidir”. 

Polşa Rusiyanın Ukraynaya hərbi təcavüzünü pislədiyi üçün bu ölkəyə idmançılar da daxil olmaqla sanksiyalar tətbiq edir.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish