Kamilə Vəliyeva medallarını qaytara bilməyib

Rusiyalı fiqurlu konkisürən Kamilə Vəliyeva idman arbitraj məhkəməsinin (CAS) qərarı ilə əlindən alınan medalların heç birini hələ də geri qaytara bilməyib.

Allsport.az xəbər verir ki, CAS-ın qərarı ilə Vəliyeva 2022-ci il Avropa çempionatının qızılını, Rusiya çempionatının qızıl (2021), gümüş (2022) və bürünc (2023) medallarını, Rusiya qran prisinin finalının gümüş mükafatını (2023), eləcə də fərdi mərhələlərdəki mükafatlarını itirib. Vəliyevanın diskvalifikasiya müddəti 2025-ci il dekabrın 25-də başa çatacaq.

Ötən il 9 yanvarda CAS antidopinq qaydalarını pozduğuna görə Vəliyevanı dörd il müddətinə diskvalifikasiya edib. Onun diskvalifikasiyası 25 dekabr 2021-ci il tarixindən hesablanır və Kamilənin həmin andan qazandığı nəticələr ləğv edilib. Vəliyeva beynəlxalq konkisürmə ittifaqının qaydalarındakı məhdudiyyətlərə görə 2026-cı il olimpiya oyunlarında iştirak edə bilməyəcək.

Həmin kateqoriyadan