- Baxış sayı: 43
- 24 Aprel 2025 23:05
- Baxış sayı: 35
- Aprel 27, 2025
- 0
Milli hokkey liqasının (NHL) təşkilatçılığı ilə keçirilən dördlər turnirinin final görüşü başa çatıb.
Allsport.az xəbər verir ki, yarışın həlledici oyunu Bostondakı “TD Qarden” meydanında ABŞ və Kanada komandaları arasında olub. Görüş əlavə vaxtda qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qalib komandanın qollarını hücumçular Natan Makkinnon və Sem Bennet vurub. Əlavə vaxtda Konnor Makdevid qələbə qolunun müəllifi olub. Meydan sahiblərinin qollarını hücumçu Bredi Tkaçuk və müdafiəçi Ceyk Sanderson vurub. Ulduz oyunçu Oston Metyus oyunda iki məhsuldar ötürmə edib.
Beləliklə, Kanada dördlər turniri tarixində ilk qalib olub.