- Baxış sayı: 43
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

“Kəpəz”lə oyundan sonra 2 gün istirahət edən “Araz-Naxçıvan” məşqlərini bərpa edib. Allsport.az saytı xəbər verir ki, “al qurdlar” bu gün Buzovna qəsəbə stadionunda məşqə isinmə hərəkətlərindən sonra gücün bərpasına aid çalışmalar yerinə yetirib.
Klubda bir müddət əvvəl cərrahiyyə əməliyyatı olunan kapitan Vadim Abdullayev və zədə səbəbindən kənarda qalan Bayraməli Qurbanov fiziki hazırlıq üzrə məşqçi Teodor Terzievin rəhbərliyi altında fərdi məşqlərə başlayıb.