- Baxış sayı: 46
- 08 Oktyabr 2024 10:00
- Baxış sayı: 81
- Oktyabr 10, 2024
- 0
Dünya karate federasiyası hakimlər komitəsinin sədri və Tokio olimpiadasında karate yarışlarının baş hakimi Havier Eskalante Azərbaycan milli karate federasiyasının (AMKF) dəvəti ilə hakimlərimizə növbəti beynəlxalq seminar keçib. Allsport.az xəbər verir ki, hakimlərlə birgə milli komandanın məşqçiləri və idmançılarının da qatıldığı seminarda yarış qaydalarında yeniliklərlə bağlı məlumat verilib.
Görüşlərdə yarana biləcək mürəkkəb anlarda düzgün qərar vermək, eləcə də bir sıra vacib məqamları xatırladan Eskalante seminar iştirakçılarının suallarını cavablandırıb. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Tokio yay olimpiya oyunlarının karate yarışlarını idarə etməyə təyin edilən 15 beynəlxalq hakimdən biri Cahangir Babayev seminarda Eskalanteyə assistentlik edib.
Seminarda çıxışı zamanı Bakıya hər səfərindən məmnun qaldığını söyləyən Havier Eskalante AMKF-in uğurlu fəaliyyəti sayəsində beynəlxalq yarışlarda nəticələrimizdən danışıb, hakim, məşqçi və idmançıların üzərinə düşən vəzifələrin öhdəsindən yüksək səviyyədə gəlindiyini söyləyib. O, Azərbaycan karatesinin uğurlarının təmsil etdiyi təşkilat tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
AMKF-in prezidenti və dünya karate federasiyasının texniki komitəsinin üzvü Yaşar Bəşirov Azərbaycan karatesinə verilən bu yüksək dəyərə görə rəsmi qonağa minnətdarlığını ifadə edərək, bu uğurların dövlətin idmana dəstəyi sayəsində əldə olunduğunu bildirib. O, bundan sonra da Azərbaycan idmançılarının dünya karatesinin inkişafına töhfə verəcəklərini deyib.