- Baxış sayı: 39
- 24 Mart 2023 11:10
- Baxış sayı: 96
- Mart 26, 2023
- 0
Rumıniyanın Arad şəhərində yeniyetmə və gənc boksçularçuların beynəlxalq turniri başa çatıb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisi bu yarışda 7 qızıl, 3 gümüş və 8 bürünc medal qazanıb.
Yeniyetmədə Əli Baxışov (46 kq), Sübhan Babayev (48 kq), Elbrus Kərimli (54 kq), Orucəli Cavadzadə (57 kq), Mirhəsən İbrahim (60 kq), Tərlan Əhmədov (63 kq) 1-ci, Bilalhəbaşi Nəzərov (46 kq), Kənan Aslanlı (63 kq), İlkin Məmmədli (+80 kq) 2-ci, Vaqif Hacıyev (57 kq) və Rüstəm Neymətov (66 kq) 3-cü olublar.
Gənclərdə Ömər Aslanlı (54 kq) qızıl, Rauf Məmmədov, Ramal Yolçuyev (hər ikisi – 48 kq), Məhəmmədəli Qasımzadə (57 kq), Aslan Quliyev (63,5 kq), İlfan Xəlilli (80 kq) və Səbuhi Əlizadə (92 kq) bürünc mükafata yiyələniblər.