- Baxış sayı: 34
- 12 Dekabr 2025 23:40
- Baxış sayı: 107
- Dekabr 12, 2025
- 0

“Turan Tovuz” premyer liqanın IX turunun açılış oyununda “Karvan-Yevlax”la üz-üzə gəlib.
Allsport.az xəbər verir ki, Şamaxı şəhər stadionundakı matç Tovuz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qalib komandanın baş məşqçisi Qurban Berdıyev görüşdən sonra mətbuat konfransında bunu deyib:
“Çətin oyun oldu. “Karvan-Yevlax”ın əks-hücumlarda yaxşı oynadığını bilirdik. Təəssüf ki, onlardan biri qolla nəticələndi. Uşaqlara oyunda dönüş yaratdıqlarına görə minnətdaram”.